Reklam resmi
Reklam resmi

"Ramiz Mehdiyev özünü yaxşı hiss edir" - Mühafizəçisindən açıqlama

\"Ramiz Mehdiyev özünü yaxşı hiss edir\" - Mühafizəçisindən açıqlama
Gündəm

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Ajans.az Unikal-a istinadən xəbər verir ki,Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi açıqlama verib:

"Ramiz müəllim hazırda özünü yaxşı hiss edir. Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. 

Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.

Mövzular:
Ramiz Mehdiyev ev dustaqlığı cəza

Digər Xəbərlər