Reklam resmi
Reklam resmi

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə hazırlaşır
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha da sərtləşdirməyə hazırlaşır. Avropa Komissiyasının oktyabrın 23-24-də keçiriləcək sammitində Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbul ediləcəyi gözlənilir.

Ajans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.

Yeni sanksiyalar paketinin Rusiya iqtisadiyyatına, xüsusilə enerji, maliyyə və texnologiya sektorlarına yönələcəyi, həmçinin sanksiyalardan yayınma cəhdlərinə qarşı əlavə mexanizmlər nəzərdə tutulacağı bildirilir.

Qeyd edək ki, Aİ indiyədək Rusiya Federasiyasına qarşı 18 sanksiya paketi qəbul edib. Bu tədbirlər əsasən Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın hərbi və iqtisadi imkanlarını məhdudlaşdırmağa yönəlib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa İttifaqı Rusiya

Digər Xəbərlər