Reklam resmi
Reklam resmi

Kütləvi dava, xəsarət alanlar var

Kütləvi dava, xəsarət alanlar var
Hadisə

Goranboyda kafedə kütləvi dava olub.

Ajans.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəminində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
kütləvi dava Goranboy

Digər Xəbərlər