Reklam resmi
Reklam resmi

Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazandı

Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazandı
İdman

Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.

Ajans.az xəbər verir ki, mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.

Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək. (Report)

Mövzular:
idman Azərbaycan Fransa

Digər Xəbərlər