Reklam resmi
Reklam resmi

Gürcüstanda yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılıb

Gürcüstanda yüksək vəzifəli şəxslərinin evlərində axtarışlar aparılıb
Dünya

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, sabiq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluashvili və sabiq baş prokuror Otar Partsaladzenin evlərində axtarışlar aparılıb.

Ajans.az  xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Georgi Gvarakidze brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, aparılan axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və böyük məbləğdə pul götürülüb.

Gvarakidze sabiq yüksək vəzifəli şəxslərin hansı işlər üzrə istintaqa cəlb olunduqlarını və hansı statusda olduqlarını açıqlamayıb.

Mövzular:
Gürcüstan Batumi Avropa

Digər Xəbərlər