32 yaşlı qadın iş zamanı xəsarət aldı
Mingəçevir Sənaye Parkının əməkdaşı iş başında olarkən xəsarət alıb.
Ajans.az-ın məlumatına görə, hadisə axşam saatlarında tekstil fabrikində baş verib. İlkin məlumata görə, dəzgəhın şlank təyinatlı qurğusu qəfildən məhvərindən çıxaraq iş başında olan 1993-cü il təvəllüdlü əməkdaş Məmmədova Xəyalə Ədalət qızının sifətinə çırpılıb və gözünü zədələyib.
Yaralı əməkdaş təcili xəstəxanaya çatdırılıb. Durumu orta ağır olaraq dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Unikal)
Mövzular: