Reklam resmi
Reklam resmi

Əməkdar artist xəstəxanada infeksiyaya yoluxub - Vəziyyəti ağırdır

Əməkdar artist xəstəxanada infeksiyaya yoluxub - Vəziyyəti ağırdır
Gündəm

“Atamın vəziyyəti yaxşı deyil. Xəstəxanada infeksiyaya yoluxub. Hazırda onunla mübarizə aparırıq”.

Ajans.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, atasının sepsis (orqanizmin infeksiyaya reaksiyası nəticəsində yaranan həyati təhlükəli vəziyyət) olma təhlükəsi var:

“Əsas xəstəlik kənarda qalıb, diqqət infeksiyanın təmizlənilməsinə yönəlib. Hazırda qanı yuyulur. Ciyərlərinə maye yığılıb. Sepsis olma qorxusu var. Buna qarşı müalicəsi davam etdirilir”. 

Qeyd edək ki, Yadigar Muradov Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.  

Mövzular:
Əməkdar artist infeksiya Yadigar Muradov Yaşar Muradov

Digər Xəbərlər