Reklam resmi
Reklam resmi

Məktəblilər arasında dava bıçaqlanan var

Məktəblilər arasında dava bıçaqlanan var
Hadisə

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
məktəbdə bıçaqlanma ölüm halı cinayyət

Digər Xəbərlər