Reklam resmi
Reklam resmi

Turistlərin Bakı təəssüratları... - VİDEO

Turistlərin Bakı təəssüratları... - VİDEO
Gündəm
7603

Bildiyimiz kimi, COP29 çərçivəsində Azərbaycana xeyli sayda turist gəlib. Onların bir qismi məşhur bloggerlərdir və ölkəmizlə bağlı təəssüratları öz sosial şəbəkə hesablarında bölüşüblər.

Ajans.az-ın xəbərinə görə, kimisi yeməklərimiz, kimisi qeyri-adi musiqi sədaları ilə seçilən metromuz, kimisi də gəzməli-görməli yerlərimiz ilə bağlı ağız dolusu danışıb.

Məşhur türk blogger Bakıda daha güvəndə hiss etdiyini, İstanbul ilə müqayisədə Bakının daha təhlükəsiz olduğunu qeyd edib. Daha bir turist də metromuzdan zövq aldığını bildirib. O deyib ki, hər dəfə bir stansiyaya çatdıqda mahnı melodiyalarının səslənməsi həqiqətən də çox gözəl hisslər bəxş edir. 

Xarici qonaqların bir qismi isə bizim yeməklərimizi, əsasən də səhər yeməklərimizi çox bəyənib. Onlar fərqli restoranlara ziyarət edib, milli təamlarımızla bağlı öz fikirlərini bölüşüb.

Həmçinin qeyd edək ki, şəhərimizə gələn turistlər “Şeytan çarxı” təcrübəsini də maraqla qarşılayıb. 

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Ajans_az Muxbir
Mövzular:
Turistlər Bakı Xarici Qonaq Metro Milli Yeməklər

Digər Xəbərlər