Reklam resmi
Reklam resmi

DTX və DSX ƏMƏLİYYAT KEÇİRDİ

DTX və DSX ƏMƏLİYYAT KEÇİRDİ
Kriminal

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

Ajans.az xəbər verir ki,  A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mövzular:
DTX DSX Əməliyyat Narkotik

Digər Xəbərlər