Reklam resmi
Reklam resmi

Rusiya BMT-nin yardım maşınlarına hücum etdi

Rusiya BMT-nin yardım maşınlarına hücum etdi
Gündəm

Rusiya ordusu oktyabrın 14-ü səhər saatlarında Ukraynanın Xerson vilayətində BMT-nin humanitar missiyasına məxsus yük avtomobillərinə hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, Belozersk icmasında rus qoşunları dron və artilleriya vasitəsilə BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi idarəsinə (OCHA) məxsus yük maşınlarını hədəfə alıb:

“Üzərində BMT nişanları olan dörd ağ avtomobil hərbi texnika deyildi — onlar insanlara yardım aparırdılar”.

Prokudin qeyd edib ki, maşınlardan biri yanıb, digəri isə ciddi zədələr alıb:

“İki avtomobil zərbə altından çıxmağı bacarıb. Möcüzə nəticəsində xəsarət alan olmayıb”.

Mövzular:
Rusiya ordusu Hücum BMT-nin yardım maşınları

Digər Xəbərlər