Reklam resmi
Reklam resmi

DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO

DİN-dən \"Sədərək\"dəki insidentə reaksiya - VİDEO
Gündəm

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüb.

Ajans.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub:

"Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

***

"Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüb.

Ajans.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, insidentə səbəb Agentlik əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Mühafizəçilərin fiziki şiddəti ilə qarşılaşan reklamçılar Ticarət Mərkəzindən qovulublar.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
"Sədərək" DİN insident reaksiya

Digər Xəbərlər