Ağır qəza- ÖLƏN VAR
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Zərdab-Ucar yolunun Zərdab rayonu 51 saylı qəsəbədən keçən hissəsində baş verib.
Rayon sakini Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi BMV-320i markalı avtomobillə Mustafa Hacı oğlu Məmmədovun idarə etdiyi "Renault Megane" markalı maşın toqquşub.
Hadisə nəticəsində Mustafa Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb, sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mövzular: