Reklam resmi
Reklam resmi

KİV: ABŞ-də güclü zəlzələ baş verə bilər

KİV: ABŞ-də güclü zəlzələ baş verə bilər
Siyasət

Alimlər qorxurlar ki, ən güclü zəlzələ ABŞ-də Amerika sahilləri boyunca Kaskadiya subduksiya zonasında baş verə bilər.

Ajans.az-ın məlumatına görə, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Subduksiya zonasında (iki tektonik plitənin sərhəddində, bir plitənin digərinin altına dalan xətti zona – red.) Kaskadiya tektonik plitəsi, Xuan-de-Fuka plitəsi Şimali Amerika plitəsinin altına enir.

Qəzet Oreqon dövlət universitetinin professoru Kris Qoldfingerdən sitat gətirib: "İnsanlar Kaskadiya haqqında tez-tez deyirlər: "Zəlzələ baş verəndə bu, Şimali Amerika tarixində ən böyük fəlakət olacaq".

Alimlər hesab edirlər ki, Kaskadiyadakı zəlzələlər Kaliforniyadakı San-Andreas qırılma zonasında da təkan verə bilər.

Mövzular:
Alim ABŞ zəlzələ

Digər Xəbərlər