Zərdabda ağır qəza - Ölən və yaralananlar var
Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az-ın Unikala istinadən məlumatına görə, qəza Ucar–Zərdab avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan iki nəfər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mövzular: