Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb. O, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək üç oyunda fəaliyyət göstərəcək.
Ajans.az xəbər verir ki, Lütfəliyeva oktyabrın 17-də Yunanıstan-Albaniya, 23-də Albaniya-İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya-Albaniya görüşünün ehtiyat hakimi olacaq.
Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Mövzular: