Reklam resmi
Reklam resmi

Tramp: “Pakistan və Əfqanıstan arasında münaqişəni həll etməyə hazıram”

Tramp: “Pakistan və Əfqanıstan arasında münaqişəni həll etməyə hazıram”
Dünya

ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasında davam edən hərbi münaqişəni həll edə biləcəyinə inandığını bildirib.

Ajans.az xəbər verir ki,Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, “Pakistan və Əfqanıstan arasında müharibənin getdiyini eşidirəm. Hazırda başqa bir münaqişə üzərində işləyirəm, çünki münaqişələri həll etməkdə yaxşıyam”, – deyə qeyd edib.

Söhbətin səs yazısı Ağ Evin rəsmi saytında yayımlanıb.

Tramp əlavə edib ki, o, artıq “milyonlarla insanın həyatını xilas edib” və bunu Nobel mükafatı üçün deyil, “insan həyatını xilas etmək” üçün etdiyini vurğulayıb.

Bundan əvvəl Əfqanıstanın Hilmənd əyalətində Pakistanla toqquşmaların baş verdiyi barədə məlumat yayılıb. Bildirilir ki, Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirib.

Taliban hökumətinin rəsmiləri əməliyyatla bağlı ətraflı məlumat verməkdən imtina ediblər.

Əfqanıstanın TOLO News telekanalı toqquşmalar nəticəsində azı 58 pakistanlı əsgərin həlak olduğunu, Pakistanın Geo News telekanalı isə onlarla əfqan əsgərinin öldüyünü bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər