Reklam resmi
Reklam resmi

Gömrük əməkdaşını 16 yaşlı oğlan öldürübmüş

Gömrük əməkdaşını 16 yaşlı oğlan öldürübmüş
Hadisə
354

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Suraxanı rayon prokurorluğundan Ajans.az-a verilən məlumata görə, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    ***

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi 16 yaşlı oğlan qətlə yetiribmiş.

    Ajans.az BakuPost-a istinadən xəbər verir ki,hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

    Hadisə gömrükçünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində — ona məxsus mağazada baş verib.

    Mövzular:
    Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatı Ayxan Mustafayev

    Digər Xəbərlər