Reklam resmi
Reklam resmi

Ukrayna ordusu 3,5 km irəlilədi - Baş Qərargah

Ukrayna ordusu 3,5 km irəlilədi - Baş Qərargah
Siyasət

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Stepnoqorsk bələdiyyəsinin Malıy Şerbaki kəndi yaxınlığında taktiki mövqelərini yaxşılaşdırıb.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Orexov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin hücum bölmələrinin cəsarətli fəaliyyəti nəticəsində Zaporojye vilayətinin Stepnoqorsk bələdiyyəsinin Malıy Şerbaki kəndi yaxınlığında taktiki mövqe yaxşılaşdırılıb”, - məlumatda deyilir.

Bildirilib ki, Ukrayna qüvvələri 3,5 kilometrə qədər irəliləyib, xeyli sayda rus hərbçisi öldürüb və əsir götürüb.

Mövzular:
Ukrayna Malıy Şerbaki Silahlı Qüvvələri

Digər Xəbərlər