Ağdaşda 53 yaşlı qadını maşın vurdu
Ağdaşda qadını maşın vurub.
Ajans.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Qasımova Nəzakət İbrahim qızını vurub.
Təcili xəstəxanaya çatdırılan yaralının vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır. / unikal.az
Mövzular: