Reklam resmi
Reklam resmi

Biz Ukrayna ilə bağlı güzəştə getdik - Uşakov

Biz Ukrayna ilə bağlı güzəştə getdik - Uşakov
Siyasət

Vladimir Putin və Donald Tramp arasında Alyaska görüşündən sonra Rusiya Ukraynada nizamlanma istiqamətində müəyyən addımlar atmağa hazırdır.

Ajans.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Kommersant"a açıqlamasında deyib.

O əlavə edib ki, bunun üçün Vaşinqton Avropa və Kiyevlə işləməlidir:

“Biz orada (Alyaskada – red.) müəyyən güzəştlərə getdik. Bu güzəşt, daha doğrusu, bizim irəliyə doğru addımımız amerikalıların Avropa və Ukrayna blokundan nə əldə etməli olduqları ilə bağlıdır. Əgər biz müzakirə etdiyimizə, amerikalıların razılaşdıqlarına nail olsaq, o zaman sülh yolu ilə həllə nail olacağıq".

Mövzular:
Vladimir Putin Donald Tramp Alyaska

Digər Xəbərlər