Putin: Biz Alyaska razılaşmaları çərçivəsində qalırıq
Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Ukraynada nizamlanmaya dair Alyaska sammitində əldə edilmiş razılaşmalar çərçivəsində qalır.
Ajans.az xəbər verir ki,Putin bildirib ki “Bu, mürəkkəb məsələdir və əlavə nəzərdən keçirilməsini tələb edir. Lakin biz Ankoricdə baş tutan müzakirələrə sadiqik və heç nəyi dəyişmirik. Hər iki tərəf hələ görüləcək işlərin olduğunu qəbul edir. Ümumilikdə, biz Alyaska razılaşmaları çərçivəsində qalırıq,” – Putin vurğulayıb.
O əlavə edib ki, Donald Trampla razılaşaraq, məsələni daha dərindən düşünmək və müttəfiqlərlə müzakirə etmək niyyətindədir.
Mövzular: