Zəncirvari yol qəzası BAŞ VERİB
Bərdədə zəncirvari avtomobil qəzası qeydə alınıb. Hadisə rayonun Otuzikilər kəndi ərazisində baş verib.
Ajans.az-ın əldə etdiyi ilkin məlumata görə, “Xəzər”, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan və ya ölən şəxslərin olub-olmaması barədə hələlik məlumat yoxdur.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Mövzular: