İsraildə saxlanılan türk vəkilləri Azərbaycandan Türkiyəyə qayıdacaq
İsrail tərəfindən saxlanılan və Azadlıq Donanmasına məxsus gəmilərdə olan üç türk millət vəkili vətənə dönmək üçün Azərbaycana yola düşüblər.
Ajans.az xəbər verir ki,bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncül Keçeli sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, millət vəkillərinin Türkiyəyə dönüşü Azərbaycan üzərindən həyata keçiriləcək.
“Oktyabrın 10-da digər Türkiyə vətəndaşlarının da xüsusi reyslə ölkəyə qayıtması üçün səylərimizi davam etdiririk. Əgər bu mümkün olarsa, həmin reyslə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini planlaşdırırıq”, – deyə Keçeli qeyd edib.
İsrail tarafından el konulan Özgürlük Filosu’na ait teknelerde bulunan üç Milletvekilimiz, Türkiye’ye dönmek üzere Azerbaycan’a hareket etmişlerdir. Diğer vatandaşlarımızın yarın yapılacak özel bir uçak seferiyle ülkemize gelmesi için çalışmalarımız sürüyor. Gerçekleşmesi…
— Öncü Keçeli | Dışişleri Bakanlığı Sözcüsü (@SpoxTR_MFA) October 9, 2025