Reklam resmi
Reklam resmi

Selena Qomez böyrəyini bağışlayan dostunu toyuna dəvət etməyib

Selena Qomez böyrəyini bağışlayan dostunu toyuna dəvət etməyib
Şou Biznes

Amerikalı müğənni və aktrisa Selena Qomez, illər əvvəl ona böyrəyini bağışlayan yaxın dostu Fransia Raisanı toyuna dəvət etməyib.

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, 2017-ci ildə Selena Qomezə autoimmun xəstəlik olan lupus diaqnozu qoyulmuş və nəticədə müğənnidə böyrək çatışmazlığı yaranmışdı. Həmin vaxt onun uzun illər dostluq etdiyi aktrisa Fransia Raisa könüllü olaraq ona böyrəyini bağışlamış və bu jestlə milyonlarla insanın diqqətini çəkmişdi.

Lakin son vaxtlar Qomez və Raisa arasında münasibətlərin soyuduğu barədə məlumatlar yayılıb. İddialara görə, Selena Qomez şəxsi toy mərasiminə Raisanı dəvət etməyib.

Mətbuat nümayəndələrinin məsələ ilə bağlı sualını cavablandıran Selena Qomez bildirib:

"Onun evləndiyini bilirəm və onun üçün çox xoşbəxtəm. O, sağdır, milyarder olub. Ona kömək edə bildiyim üçün minnətdaram."

Öz növbəsində Fransia Raisa da məsələyə münasibət bildirərək deyib:

"Həkimlər mənə əvvəldən donorluqla bağlı xəbərdarlıq etmişdilər. Kilsəyə bir dollar bağışlayanda sonradan 'Mənim dollarımı hara xərcləmisiniz?' sualını vermirsiniz. Mən sağam və bir insanın həyatını xilas edə bildiyim üçün minnətdaram."

Qeyd edək ki, Selena Qomez bir neçə il əvvəl verdiyi müsahibədə yalnız müğənni Taylor Swiftin adını çəkərək onu "ən yaxın məşhur dostum" adlandırmışdı. Bu isə Raisa ilə münasibətlərdə gərginliyə səbəb olmuşdu. İki məşhur simanın zaman-zaman əlaqəni kəsib, daha sonra təkrar əlaqə saxladığı da məlumdur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Selena Qomez ABŞ

Digər Xəbərlər