Cemre Bayseldən sərt reaksiya: “Bu, ailəmə və şəxsi hüquqlarıma hücumdur”
Son günlər reper Blok3 ilə münasibətdə olduğu iddia edilən məşhur türkiyəli aktrisa Cemre Baysel yayılan şayiələrə sərt şəkildə cavab verib.
Ajans.az xəbər veri ki,aktrisa ailəsinin adının bu xəbərlərə qarışmasına sərt reaksiya göstərib.
Bəzi media orqanlarında Bayselin Blok3 ilə münasibət yaşadığı, lakin ailəsinin münasibətə qarşı çıxması səbəbilə ayrıldıqları iddia olunub. Məsələ ilə bağlı Ece Erkenin aparıcılıq etdiyi televiziya proqramında da cütlüyün ayrıldığı bildirilib. İddialara görə, reper evləndikdən sonra Cemre Bayselin işləməsini istəməyib, bu da münasibətdə gərginliyə səbəb olub. Həmçinin aktrisaya dəstək olan tanınmış aktyorun ailəsinin də münasibətə qarşı çıxdığı deyilir.
Bütün bu xəbərlərə cavab olaraq Cemre Baysel şəxsi “Instagram” hesabında açıqlama yayıb:
“Mən heç vaxt diqqət mərkəzində olmağı və şəxsi həyatı ilə bağlı müzakirələr aparmağı seçən biri olmamışam. Əvvəllər gülüb keçdiyim və ciddiyə almadığım xəbərlər artıq nəinki həqiqəti əks etdirmir, hətta şəxsi hüquqlarıma, ailə dəyərlərimə və şəxsi həyatımın toxunulmazlığına açıq hücum xarakteri daşıyır. Ailəmin bu cür əsassız və çirkin iddialarla əlaqələndirilməsi mənim üçün qəbuledilməzdir.”
Xatırladaq ki, Cemre Baysel ötən ilin iyun ayında aktyor Aytaç Şaşmaz ilə münasibətlərinə son qoymuşdu. Bu ayrılıqdan sonra aktrisanın reper Blok3 ilə romantik əlaqəyə başladığı haqda xəbərlər yayılmışdı. Lakin tərəflər bu barədə rəsmi açıqlama verməmişdi.