Reklam resmi
Reklam resmi

İkiyaşlı körpənin əli ətçəkən maşında qaldı

İkiyaşlı körpənin əli ətçəkən maşında qaldı
Hadisə

Əli ətçəkən maşında qalan ikiyaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ajans.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib:

"27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".

Mövzular:
Göyçay Rayon Mərkəzi Xəstəxanası hadisə

Digər Xəbərlər