Dünya Bankı: Azərbaycan süni intellektin tətbiqi üçün server gücünü artırmalıdır
Azərbaycanda bir milyon nəfərə 550 server düşür.
Ajans.az Dünya Bankının məlumatına görə, server sıxlığı Mərkəzi Asiya ölkələrində, eləcə də Ermənistan, Albaniya, Monteneqro və Şimali Makedoniyada nisbətən aşağı olaraq qalır - hər milyon nəfərə orta hesabla 3 000-dən az server düşür.
"Xüsusilə Tacikistanda (hər bir milyon nəfərə 120 server) və Türkmənistanda (140 server) aşağı göstəricilər müşahidə olunur. Hətta regionda server sıxlığının ən yüksək olduğu ölkələr - Bolqarıstan (54 100), Polşa (37 300) və Xorvatiya (29 400) ABŞ-dən xeyli geri qalır ki, bu da rəqəmsal infrastrukturun inkişafı üçün böyük potensialın olduğunu göstərir", - hesabatda deyilir.