Reklam resmi
Reklam resmi

Dəhşətli qəza- XƏSARƏT ALANLAR VAR

Dəhşətli qəza- XƏSARƏT ALANLAR VAR
Hadisə
319

Salyan rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Minik avtomobillərinin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Xanım Ceyhun qızı Cəfərli, 2017-ci il təvəllüdlü Eşqin Ceyhun oğlu Cəfərli, 2002-ci il təvəllüdlü Nərminə Coşqun qızı Cəfərova və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha üç nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.

Rayonun Kürsəngi kəndi ərazisində VAZ-2107 markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.

Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri - 1987-ci il təvəllüdlü Ceyhun Oruc oğlu Cəfərov, 1996-cı il təvəllüdlü Aytəkin Hafiz qızı Cəfərova, 2002-ci il təvəllüdlü Nərminə Coşqun qızı Cəfərova, 2016-cı il təvəllüdlü Xanım Ceyhun qızı Cəfərli və 2017-ci il təvəllüdlü Eşqin Ceyhun oğlu Cəfərlidir.

Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Səbuhi Şakir oğlu Məmmədov da qəza nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Salyan Qəza Xəsarət

Digər Xəbərlər