Reklam resmi
Reklam resmi

Qırğızıstan və Türkiyə ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib

Qırğızıstan və Türkiyə  ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib
Siyasət

Qırğızıstan və Türkiyə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib.

Ajans.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, Qəbələdə Qırğızıstan və Türkiyə xarici işlər nazirləri Jeenbeki Kulubayev və Hakan Fidan arasında görüş keçirilib.

Tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının fəal inkişaf etdiyini, o cümlədən Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın 17-18 sentyabr tarixlərində Qırğızıstana səfərinin planlaşdırıldığını qeyd ediblər.

Bundan başqa, nazirlər cari vəziyyəti, ikitərəfli əlaqələrin dərinləşdirilməsi perspektivlərini və TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Mövzular:
Türkiye Azərbaycan Qebele Qırğızıstan

Digər Xəbərlər