Reklam resmi
Reklam resmi

"Qarabağ" növbəti qələbəsini qazandı

\"Qarabağ\" növbəti qələbəsini qazandı
İdman

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazandı

Ajans.az xəbər verir ki, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.

Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ilk matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib - 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.

Digər Xəbərlər