Reklam resmi
Reklam resmi

Oqtay Şirəliyevin yerinə təyinat- KİM OLACAQ?

Oqtay Şirəliyevin yerinə təyinat- KİM OLACAQ?
Gündəm

Oktyabrın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ajans.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tiflis prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.

İndiyə qədər Respublika Diaqnostika Mərkəzinə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.

Mövzular:
Respublika Diaqnostika Mərkəzi növbədənkənar ümumi yığıncaq Oqtay Şirəliyev Təyinat

Digər Xəbərlər