Reklam resmi
Reklam resmi

İran Suriya ilə əlaqələri yeniləməyə tələsmədiyini açıqlayıb

İran Suriya ilə əlaqələri yeniləməyə tələsmədiyini açıqlayıb
Dünya

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Tehran Suriyadakı vəziyyəti diqqətlə izləyir və Dəməşqlə diplomatik əlaqələrin yenilənməsi ilə bağlı tələskənlik nümayiş etdirmir.

Ajans.az xəbər verir ki,bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bazar ertəsi keçirilən mətbuat konfransında Bəqayi vurğulayıb ki, Suriyanın gələcəyinə yalnız ölkə vətəndaşları qərar verməlidir: “Suriyanın taleyi xarici müdaxilə və təzyiq olmadan həll olunmalıdır”.

O əlavə edib ki, regional sülh və təhlükəsizlik Suriyadakı sabitliklə sıx bağlıdır və İran regiondakı bütün ölkələrlə dialoqa açıqdır. Lakin Bəqayinin sözlərinə görə, Tehran ikitərəfli münasibətlərin yenidən qurulması məsələsində ehtiyatlı və düşünülmüş yanaşma nümayiş etdirir.

"Biz Suriyada baş verənləri diqqətlə izləməyə davam edirik. Suriya öz xarici əlaqələrini necə idarə edəcəyinə özü qərar verməlidir", – deyə o əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Suriya

Digər Xəbərlər