Reklam resmi
Reklam resmi

Azərbaycan millisi bürünc medal QAZANDI

Azərbaycan millisi bürünc medal QAZANDI
İdman

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.

Ajans.az xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb. 

Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb.

Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Mövzular:
Medal bürünc idman Azərbaycan

Digər Xəbərlər