Reklam resmi
Reklam resmi

Evlərdən təmir-tikinti alətləri oğurlandı

Evlərdən təmir-tikinti alətləri oğurlandı
Hadisə

Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ajans.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.

Araşdırmalar davam etdirilir.

Mövzular:
təmir-tikinti alətləri oğurluq ev

Digər Xəbərlər