Reklam resmi
Reklam resmi

Dəhşətli qəza- XƏSARƏT ALANLAR VAR

Dəhşətli qəza- XƏSARƏT ALANLAR VAR
Hadisə
868

Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, iki yük avtomobilinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri və xəsarət alan şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək, həmin avtomobillər işğaldan azad olunmuş ərazilərdə tikinti bərpa işləri ilə məşğul olan özəl tikinti şirkətlərindən birinə məxsusdur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Ağdam Qəza Xəsarət

Digər Xəbərlər