“Qarabağ” “Kopenhagen”i 2:0 hesabı ilə MƏĞLUB ETDİ
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gəlib.
Ajans.az xəbər verir ki, Ağdam təmsilçisinin 2:0 heasablı qələbəsi ilə yekunlaşıb.
Niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə etdiyi qarşılaşmada ilk qolu 28-ci dəqiqədə Abdillah Zubir vurb.
Görüşün 83-cü dəqiqəsində isə Emanuel Addai fərqi artırıb.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi.
Qurban Qurbanov komandanın oyunundan razılığını dilə gətirdi.
Mövzular: