Reklam resmi
Reklam resmi

Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA

Baş prokurordan Adnan Əhmədzadə ilə bağlı AÇIQLAMA
Gündəm
369

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədə müvafiq olmadığını deyib.

Ajans.az xəbər verir ki, jurnalistlərlə söhbətində K.Əliyev deyib ki, açıqlama istintaqı aparan orqan tərəfindən verilib:

"Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat verməyə istintaqın taktikası baxımından məqsədə müvafiq deyil".

Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mövzular:
Azərbaycan Baş prokuroru Kamran Əliyev Adnan Əhmədzadə

Digər Xəbərlər