Reklam resmi
Reklam resmi

Yasamalda minik avtomobili yandı

Yasamalda minik avtomobili yandı
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynarxəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Ajans.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Bakı Yasamal Parlament prospekti Hadisə

Digər Xəbərlər