Reklam resmi
Reklam resmi

“Səbail” “Turan Tovuz” bərabərə bitdi

“Səbail” “Turan Tovuz” bərabərə bitdi
İdman

Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

Ajans.az xəbər verir ki, “Səbail” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.

“ASCO Arena”da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar isə final fitinə 4 dəqiqə qalmış Faiq Hacıyevin qolu ilə məğlubiyyətdən xilas ola biliblər.

Qeyd edək ki, turnir cədvəlində “Turan Tovuz” 26 xalla üçüncü, “Səbail” 8 xalla doqquzuncu sırada qərarlaşıb.

Azərbaycan Premyer Liqası XIII tur 9 noyabr

“Səbail” – “Turan Tovuz” 1:1

Digər Xəbərlər