“Turan Tovuz” “Kəpəz”i MƏĞLUB ETDİ
Azərbaycan Premyer Liqasının VI turunun son oyun günündə “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Ajans.az xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 3:0.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə hesabı 32-ci dəqiqədə Aleks Souza açıb. Dörd dəqiqə sonra Joarlem Santos fərqi artırıb. Matçın 46-cı dəqiqəsində isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra Kurban Berdiyevin komandası turnir cədvəlində ikinci pilləyə yüksəlib. Xalı olmayan “sarı-göylər” isə sonuncu yerdə qalıb.
Mövzular: