Göyçayda qoz ağacından yıxılan kişi yaralandı
Göyçayda 60 yaşlı kişi qoz ağacından yerə çırpılıb. Çoxsaylı xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.
Ajans.az Unikal-a istinadən xəbər verir ki,hadisə Çayaltı kəndi ərazisində baş verib. Qoz yığmaq üçün ağaca çıxan 1965-ci il təvəllüdlü Əliyev İmdad Məmməd oğlu müvazinətini itirərək sərt şəkildə yerə çırpılıb. Ayağı və çiyni sınan, eləcə də digər bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Durumu orta-ağır olaraq dəyərləndirilir.
Mövzular: