Reklam resmi
Reklam resmi

Hikmət Hacıyev Prezidentin balaca Nilayla fotosunu paylaşdı

Hikmət Hacıyev Prezidentin balaca Nilayla fotosunu paylaşdı
Gündəm

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.

Ajans.az xəbər verir ki, bu barədə H.Hacıyev X hesabında post paylaşıb.

“Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir", - prezidentin köməkçisi yazıb.

Mövzular:
Hikmət Hacıyev İlham Əliyev

Digər Xəbərlər