Neftçalada 71 yaşlı kişini cərəyan vurub öldürdü
Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Ajans.az xəbər verir ki,rayonun Pirəbbə kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./oxu.az
Mövzular: