Müəllimləri daşıyan mikroavtobus AŞDI
Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla VAZ-2106 markalı maşının toqquşması nəticəsində qəza baş verib.
Ajans.az xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(teleqraf)
Mövzular: