Reklam resmi
Reklam resmi

Sabirabad və Göyçay rayonlarında ev yanıb

Sabirabad və Göyçay rayonlarında ev yanıb
Gündəm

Sabirabadda və Göyçayda fərqli yaşayış evlərində yanğın baş verib.

Ajans.az  APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Bığır kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər Xəbərlər