Reklam resmi
Reklam resmi

Laza kəndində yolu sel suları basdı

Laza kəndində yolu sel suları basdı
Hadisə

Qusarın Laza kəndində yolu sel suları basıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərtac-a kənd sakinləri məlumat verib.

Güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib.

Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Mövzular:
Qusarın Laza kəndi Sel

Digər Xəbərlər