18 yaşlı oğlanı döyüb yol kənarına ATDILAR - FOTO
Gəncə şəhərində 18 yaşlı oğlan döyülüb.
Ajans.az Gəncəxəbər.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Tərtər rayon Şırxarx qəsəbə sakini Fərid Qasımzadə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin yardım göstərilib, lakin vəziyyəti ağırdır. İlkin məlumata görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülərək yol kənarına atılıb. Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, sayt bu barədə sosial media hesabında paylaşım edib.
Ajans.az həmin paylaşımı sizlərə dəqdim edir:
