Reklam resmi
Reklam resmi

Güləşçimiz Həsrət Cəfərov dünya ikincisi OLDU

Güləşçimiz Həsrət Cəfərov dünya ikincisi OLDU
İdman

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Ajans.az xəbər verir ki, ikinci dəfə dünya çempionatının finalına yüksələn idmançı həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb.

Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında keçirilən dünya çempionatlarında 3-cü (2 gümüş, 1 bürünc) medalı olub.

Beləliklə, yunan-Roma güləşçilərimizin Xorvatiyadakı mundialda qazandığı medalların sayı 4-ə çatıb.

Mövzular:
güləş Azərbaycan filan ikinci

Digər Xəbərlər