Formula 1-də sıralama turu başladı
“Formula 1 Azərbaycan Qran-Prisi”ndə sıralama turuna start verilib.
Ajans.az xəbər verir ki, sıralama turu 16:00-da başlayıb.
Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.
Xatırladaq ki, ötən gün "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar. Bugünkü üçüncü sərbəst yürüşdə də də Norris fərqlənib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Mövzular: